Şəfəqə Doğru » Gündəm » Bakının taxta bazarında böyük yanğın

Bakının taxta bazarında böyük yanğın

Bakının taxta bazarında böyük yanğın

Bakının Nərimanov rayonunda yerləşən taxta bazarının ərazisində bu gecə böyük yanğın baş verib.

Shafaqadogru.com  Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın 350-400 m² sahədə taxta materialların yanmasına səbəb olub.

Yanğınsöndürmə briqadaları 03:48-də yanğını məhdudlaşdırıb, 07:15-də isə tam söndürüb.

***

FHN-in yaydığı son məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda inşaat materiallarının topdan və pərakəndə satış mərkəzinin ərazisində ümumi sahəsi 400 m² olan talvarın altına yığılmış taxta materiallar 300 m² sahədə yanıb.

Taxta materialların qalan hissəsi və yaxınlıqdakı ticarət obyektləri yanğından mühafizə olunub.