Şəfəqə Doğru » Gündəm » Dövlət Komitəsi 14 icra hakimiyyətində yoxlama aparıldı - Pozuntularla bağlı Baş prokurorluğa müraciət edildi

Dövlət Komitəsi 14 icra hakimiyyətində yoxlama aparıldı - Pozuntularla bağlı Baş prokurorluğa müraciət edildi

Dövlət Komitəsi 14 icra hakimiyyətində yoxlama aparıldı - Pozuntularla bağlı Baş prokurorluğa müraciət edildi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il qeydə alınmış pozuntularla bağlı Baş prokurorluğa müraciət edib.

Bunu qurumun sədri Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında vurğulayıb.

O bildirib ki, 2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib. Bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan "Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.

" Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Azərbaycan Baş prokurorluğuna təqdim olunub, faktlar üzrə araşdırmalara başlanılıb, bir hissəsi üzrə cinayət işləri açılıb”, - o bildirib/report.