Müsavat Partiyası martın 10-na təyin etdiyi yürüş-mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndərib.
Shafaqadogru.com xəbər verir ki, partiya martın 10-da, saat 15:00-dan 17:00-dək Azadlıq metrostansiyası yaxınlığındakı meydandan başlamaqla S. S. Axundov küçəsi ilə yürüş, sonda Dərnəgül metrostansiyası yanındakı meydanda mitinq keçirmək üçün meriyadan icazə istəyib.
Bakı Şəhər İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, Müsavatın müraciətinə baxılacaq və icazə verilib-verilməyəcəyi barədə qərar yaxın günlərdə açıqlanacaq