Şəfəqə Doğru » Gündəm » İrəvan Rusiyanı satdı? - NATO Kremli “sakitləşdirir”

İrəvan Rusiyanı satdı? - NATO Kremli “sakitləşdirir”

İrəvan Rusiyanı satdı? - NATO Kremli “sakitləşdirir”
NATO Ermənistanın seçiminə hörmət edir.

Shafaqadogru.com xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında NATO Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

"NATO Ermənistanın siyasi və ya iqtisadi müttəfiqini seçməsi məsələsinə hörmətlə yanaşır. Biz Ermənistanın Avrasiya İttifaqına üzvlüyü və NATO ilə əməkdaşlığında problem görmürük. NATO-da hesab edirlər ki, alyansla əməkdaşlıq regionun təhlükəsizliyini artırır”, – deyə o bildirib.

Appaturay Ermənistanın təhlükəsizlik məsələsində prioritetlərinin dəyişmədiyini deyib:

"Məndə belə təəssürat yarandı ki, Ermənistanın yeni hökuməti təhlükəsizlik sferasındakı prioritetlərinin dəyişməməsinə qərar verib. Onlar əvvəlki kimi qalır. Bu bizi qane edir”.

Qeyd edək ki, Ermənistanda NATO həftəsinin keçirilməsi və İrəvanın NATO təlimlərinə qatılması Rusiyada qıcıq doğurmaqdadır.