Şəfəqə Doğru » Gündəm » Ərdoğandan Trampa: “Sən kimin ərazisini kimə verirsən?”

Ərdoğandan Trampa: “Sən kimin ərazisini kimə verirsən?”

Ərdoğandan Trampa: “Sən kimin ərazisini kimə verirsən?”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mübahisəli Colan Təpələrini İsrail ərazisi kimi tanıyan amerikalı həmkarı Donald Trampı tənqid edib.

Shafaqadogru.com xəbər verir ki, Ərdoğan ABŞ prezidentini beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb.

O, Colan Təpələrinin Suriya ərazisi olduğunu bildirib:

"Ayın 9-da İsraildə seçkilər keçiriləcək. Buna görə də, Tramp Netanyahunu Amerikaya çağırır və Colan Təpələri ilə bağlı sənədə imza atır. Sən kimin ərazisini Netanyahuya verirsən?

BMT-nin 1967-ci ildə qəbul etdiyi qərarı var. Həmin qərara görə, Colan Təpələri Suriya ərazisidir. Necə ola bilər ki, sən bu əraziləri İsrailə peşkəş verirsən?”

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mübahisəli Colan Təpələri bölgəsini İsrailin ərazisi kimi tanıyan sənədi imzalayıb.