Yerevan şəhər məhkəməsi "Spayka” şirkətinin direktoru David Kazaryanın həbsi barədə qərar verib.
Shafaqadogru.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, iş adamı 15 milyon dollar vergini büdcədən yayındırmaqda ittiham olunur.
Onun həbsi ilə bağlı "Spayka” şirkətinin 500-ə qədər işçisi zavodun qarşısında aksiya keçirirlər. Onlar direktorlarının dərhal azad olunmasını və Nikol Paşinyanın onların qarşısına çıxmasını tələb edirlər.