Şəfəqə Doğru » Gündəm » Göyçayda quduzluq yayılıb - 110 sakin müraciət edib, 1 nəfər bu gün dünyasını dəyişib

Göyçayda quduzluq yayılıb - 110 sakin müraciət edib, 1 nəfər bu gün dünyasını dəyişib

Göyçayda quduzluq yayılıb - 110 sakin müraciət edib, 1 nəfər bu gün dünyasını dəyişib
Göyçayda quduz itin dişlədiyi şəxs ölüb. Göyçay rayon sakini faciəli şəkildə dünyasını dəyişib. ONA-nın yerli bürosunun xəbərinə görə, rayonun Yekəxana kənd sakini, 1981-ci il təvəllüdlü Quliyev Qoşqar Əvəz oğlu sahibsiz küçə itinin hücumuna məruz qalıb. İt dişləməsi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Q.Quliyevə quduzluq diaqnozu qoyulub. Tibbi yardıma baxmayaraq Q.Quliyev dünyasını dəyişib. 

Rayon Mərkəzi Xəstəxanasından ONA-nın yerli bürosuna bildirilib ki, son vaxtlar it dişləməsi ilə bağlı xəstəxanaya müraciət edənlərin sayı artıb. Son 3 ayda rayonda 110 nəfər it dişləməsi səbəbindən xəstəxanaya müraciət edib, quduzluğa qarşı vaksinlər vurulub, onların həyatı xilas olunub. 
Yaranmış vəziyyətdən ciddi narahat olan yerli sakinlər bunun qarşısının alınması üçün aidiyyəti qurumlardan yardım istəyir.