Şəfəqə Doğru » Gündəm » Zelenskinin qələbəsi erməni rejissoru prezident olmağa həvəsləndirib

Zelenskinin qələbəsi erməni rejissoru prezident olmağa həvəsləndirib

Zelenskinin qələbəsi erməni rejissoru prezident olmağa həvəsləndirib

Rusiyada yaşayan erməni əsilli rejissor Sarik Andreastyan şoumen Vladimir Zelenskinin prezident seçkilərində qələbəsindən ilhamlanaraq Ermənistan prezidenti olmaq arzusuna düşüb.

Bu barədə o özünün Instagram səhifəsində məlumat yayıb.

 

"8 il əvvəl mən və Ukrayna prezidenti yaradıcılıqla məşğul idik. Onun necə prezident olacağını bilmirəm, amma gözəl insandır. Hesab edirəm ki,10 il sonra mən də Ermənistan prezidenti ola bilərəm. Soyub talamayacam, yalnız sevəcəm və qurub-yaradacam”