Şəfəqə Doğru » Gündəm » Lənkəran Mərkəzi Xəstəxanasında ana ölümü baş verib

Lənkəran Mərkəzi Xəstəxanasında ana ölümü baş verib

Lənkəran Mərkəzi Xəstəxanasında ana ölümü baş verib
Lənkəran Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

Rayon sakinlərinin Modern.az-a bildirdiyinə görə, Osaküçəkənd sakini, 1979-cu il təvəllüdlü Quliyeva Vəfanə Kərim qızı mayın 1-də xəstəxananın doğuş şöbəsində qeysəriyyə əməliyyatı olunub. Lakin həkim səhlənkarlığı səbəbindən daxili qanaxmaya diqqət edilməyib. Vaxtında qiymətləndirilməyyən qanaxmanın dayandırılması üçün ananın 2 may tarixində iki dəfə təkrar cərrahi əməliyyata götürüldüyü bildirilir.

Mayın 2-dən 3-nə keçən gecə isə Quliyeva Vəfanə dünyasını dəyişib.

Bildirilir ki, ana öz ayağı ilə doğuş şöbəsinə girib, daxil olarkən heç bir əlavə xəstəliyi olmayıb. Körpənin isə sağ-salamat olduğu qeyd edilib. 

Modern.az Səhiyyə Nazirliyindən hadisəyə rəy öyrənməyə çalışacaq.