Şəfəqə Doğru » Gündəm » ATƏŞKƏS 32 DƏFƏ POZULUB

ATƏŞKƏS 32 DƏFƏ POZULUB

ATƏŞKƏS 32 DƏFƏ POZULUB

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzulirayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.