Şəfəqə Doğru » Gündəm » Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi

Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi

Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşı olmaq istəyir.

Shafaqadogru.com  "İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığının bərpası ilə bağlı yeni prezident Vladimir Zelenskiyə məktub ünvanlayıb.

 

Mixail Saakaşvilinin məktubunu siyasətçinin vəkili Ruslan Çernolutski administrasiyaya təqdim edib: "Bütün hüquqşünaslar təsdiqləyir ki, mənim Ukrayna vətəndaşlığından çıxarılmam qeyri-qanunidir. Ukrayna Konstitusiyasında göstərilir ki, ukraynalının vətəndaşlığını ləğv etmək qadağandır. Beynəlxalq hüquqda isə göstərilir ki, insanı ümumiyyətlə vətəndaşlığı olmayan şəxs kimi saxlamaq olmaz. Ukraynada mənə hər hansı vəzifə və üstünlüklər lazım deyil”.

 

Sabiq qubernator əlavə edib ki, Zelenskinin onun vətəndaşlığının bərpası ilə bağlı hər hansı şübhəsi yaranarsa, o zaman hüquqlarının məhkəmədə müdafiəsi üçün ölkə sərhədlərini keçmək barədə Dövlət Sərhəd Xidmətinin rəhbərinə göstəriş verə bilər.