Türkiyənin Cizre vilayətindən İstanbula gedən sərnişin avtobusu qəzaya uğrayıb.

Shafaqadogru.com türk mətbuatına istinadən xəbər verir ki, avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Hadisə saat 06:00 radələrində Aksaray- Ankara avtomobil yolunun 57-ci kilometrində baş verib.

Qəza zamanı 41 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Gülnar Qafarlı