Şəfəqə Doğru » Gündəm » Sabiq prezidentin iqamətgahına hücum nəticəsində yaralananların sayı 48-ə çatıb

Sabiq prezidentin iqamətgahına hücum nəticəsində yaralananların sayı 48-ə çatıb

Sabiq prezidentin iqamətgahına hücum nəticəsində yaralananların sayı 48-ə çatıb

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına hücum nəticəsində xəsarət alanların sayı 48 nəfərə çatıb.Shafaqadogru.com  "Report"a istinadən xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Bişkek və Çuysk vilayətləri xəstəxanalarına 48 nəfər tibbi yardım üçün müraciət edib", - deyə idarənin məlumatında bildirilir.

Nazirlik nümayəndəsi həmçinin qeyd edib ki, zərərçəkmişlərdən 9 nəfəri ambulator müalicəyə buraxılıb. Ümumilikdə 38 nəfərin stasionar müalicədə olduğu bildirilir.