Şəfəqə Doğru » Gündəm » Beyrutdakı partlayışda ölən ermənilərin sayı 11-ə çatdı - 400-ü evsiz qaldı...

Beyrutdakı partlayışda ölən ermənilərin sayı 11-ə çatdı - 400-ü evsiz qaldı...

Beyrutdakı partlayışda ölən  ermənilərin sayı 11-ə çatdı - 400-ü evsiz qaldı...
Avqustun 4-də Livan paytaxtındakı dəhşətli partlayışda ölən ermənilərin sayı 11-ə çatıb.

Shafaqadogru.com xəbər verir ki, bu barədə  "Facebook”un erməni seqmentində Beyrutda yaşayan bir erməni  məlumat paylaşıb.

Həmin məlumata görə, hadisə nəticəsində daha  250 nəfər livanlı erməni yaralanıb, 400-ü isə evsiz qalıb.

Xatırladaq ki, "BBC"nin yaydığı  son məlumata görə, avqustun 4-də Beyrut limanında baş vermiş dəhşətli paprtlayışda   135 insan ölüb, 4 mindən çoxu müxtəlif dərəcəli xəsarətlər alıb. 300 mindən çox şəhər sakininin  evsiz qaldığı bildirilir. 

Hadisə partlayıcı maddələr anbarında olub. Daha sonra Livan Baş naziri və Prezidenti partlayışın 6 il ərzində 2750 ton ammonium nitratın limanda düzgün saxlanmaması nəticəsində baş verdiyini söyləyiblər.

Livan hökumətinin verdiyi məlumata görə, Beyrut limanının bir sıra vəzifəli şəxsləri çərşənbə axşamı baş verən böyük partlayışla əlaqədar istintaqa qədər ev dustaqlığına götürülüblər.

Sultan Laçın