Şəfəqə Doğru » Gündəm » Azərbaycana qarşı təxribata əl atanlar -FOTOLAR

Azərbaycana qarşı təxribata əl atanlar -FOTOLAR

Azərbaycana qarşı təxribata əl atanlar -FOTOLAR

İşağlçı Ermənistan cəbhədə olduğu kimi, informasiya müharibəsində də təxribata əl atır.Shafaqadogru.com  qafqaz.info-ya istinadən xəbər verir ki,bu sistematikdir və durmadan davam edir.

 

Ermənilərin kəşfiyyat-təxribat qrupu təkcə cəbhədə deyil, sosial şəbəkələr vasitəsilə də çaşqınlıq yaratmaqda maraqlıdır. Onlar sosial şəbəkələrdə saxta hesab açaraq müxtəlif dezinformasiyalar yayırlar. Düşmənin tək məqsədi xalq arasında çaşqınlıq yaratmaqdır.

 

İyul ayında Tovuzda gedən döyüşlərdə də bu kimi hallar baş vermişdi.

 

Məsələn, erməni Alen Qulyan. Bu şəxs Ermənistan Müdafiə Nazirliyinin ştatlı dezinformatorudur. O, hər fürsətdə müxtəlif saxta məlumatlar yayaraq çaşqınlıq yaratmağa çalışır. Özünü bloqqer adlandıran Qulyan son olaraq iddia edib ki, guya Suriyadan Azərbaycan döyüşmək üçün 300 şəxs göndərilib və onların hər birinə aylıq 2000 dollar maaş veriləcək. Halbuki ermənilər muzdlu döyüşçü yığmaqla bu prosesi işğal etdikləri Dağlıq Qarabağda həyata keçirirlər. 

 

Onun bu iddiasının heç bir əsası olmadığını türkiyəli jurnalist Levent Kamal da təsdiqləyib:

"Mən Həmzə Diviziyon komandiri Seyfe bu Bekirlə söhbət elədim və o, Həmzə Briqada döyüşçülərinin Azərbaycana transferi barədə bütün iddiaları rədd etdi. Bunu həmçinin Türkiyə Ordusuna bağlı mənbələr də rədd edib", - deyə jurnalist tvitter bloqunda qeyd edib.

 

Azərbaycana qarşı təxribata cəhd göstərənlərdən biri də din bayrağı altına sığınan Tohid İbrahimbəylidir. Daima Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli 2017-ci ilin yanvarında "nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış etməsi ilə yadda qalıb. Bu şəxslə yanaşı, İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlu 2013-2016-cı illər ərzində Suriya ərazisindəki döyüşlərdə iştirak etmək üçün bu ölkəyə gediblər. DTX-nin 2018-ci ildə yaydığı məlumata əsasən, onlar qanunsuz silahlı birləşmələrin tərkibində vuruşublar.

 

Fotoları təqdim edirik