İran və Fransa arasında gərginlik — Tehrandan sərt ittiham
- Tarix: 18-yan-2021, 10:20 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 61
İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsini nüvə silahı əldə etmək üçün fəaliyyətini genişləndirməkdə ittiham edən fransalı həmkarı Jan-İv Lyö Driana cavab verib.
Shafaqadogru.com xəbər verir ki, Zərif Diranı İranla əlaqəli cəfəng açıqlamalar verməkdən çəkinməyə çağırıb.

Nazir fransız həmkarının iddiasını rədd edib.

O, BMT Təhlükəsizlik Şurasının (BMMŞ) 5 daimi üzvünün və ya Almaniya, Fransa və İngiltərə liderlərinin 2015-ci ildə İranla arasında imzalanmış nüvə anlaşmasının davam etdirilməsi üçün səy göstərmədiklərini bildirib.

Zərif buna İngiltərənin məhkəmə qərarı ilə İrana olan borcunu ödəməməsini misal gətirib.

Lyö Drianın 2012-2017-ci illərdə Fransanın müdafiə naziri olduğunu xatırladan Zərif bunları qeyd edib:

"Hörmətli həmkarım, nazirlik karyeranıza Səudiyyənin müharibə cinayətkarlarına silah satışı ilə başlamısınız. İranla bağlı cəfəng açıqlamalar verməkdən çəkinin. Həqiqət budur ki, siz bölgəmizdə sabitliyi pozursunuz. Rəqiblərini məhv edən və silahlarınızdan Yəməndə uşaqları öldürmək üçün istifadə edən cinayətkarları qorumağı dayandırın”.

Lyö Drian ötən həftə verdiyi açıqlamasında İranın nüvə silahı əldə etmək üçün fəaliyyətini genişləndirdiyini, Tehran və Vaşinqtonun təcili olaraq nüvə anlaşmasına dönmələrinin lazım olduğunu söyləy

Oxşar xəbərlər