44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan silahlı bölmələrinin Gəncədə mülki insanları hədəf alaraq etdiyi raket hücumu nəticəsində dağılmış evlərin bərpası işlərinə start verilib.
Shafaqadogru.com-un məlumatına görə, ilkin olaraq işlər şəhərin Samir Xasıyev küçəsində başlanılıb.
Bildirilib ki, hazırda ərazidə qazıntı-söküntü işləri aparılır.
İlkin olaraq 24 fərdi yaşayış evinin və bir neçə çoxmənzilli yaşayış binasının yenidən tikilməsi, 1598 təmir və bərpa kateqoriyasına aid olan evin təmiri nəzərdə tutulur.
<iframe style="position: absolute; top: 0px; left: 0px; width: 1343px; height: 600px; visibility: hidden; pointer-events: none; z-index: -1000; border-width: 0px; border-style: initial;"></iframe>