Gürcüstanda leysan yağışların səbəb olduğu torpaq sürüşməsində həyatını itirənlərin sayı 11-ə çatıb. Shafaqadogru.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada İmereti bölgəsinin Bağdati Bələdiyyəsinin Nergeeti kəndində 200 nəfərlik axtarış-xilasetmə qrupunun işi nəticəsində 9 nəfərin cansız cəsədinin çıxarıldığı və torpaq altında qalanların hamısının tapıldığı üçün axtarışların sona çatdığı qeyd olunub.