Şəfəqə Doğru » Kollecin Direktoru möhürü və xidməti avtomabili özü ilə aparıb.

Kollecin Direktoru möhürü və xidməti avtomabili özü ilə aparıb.

Kollecin  Direktoru    möhürü  və  xidməti   avtomabili özü ilə aparıb.

                   

 

                                         Gücü yetsə "Qoltuğu da” ozü ilə aparardı.

    Bu günlərdə  redaksiyamıza  bir  məlumat  daxil oldu.Məlumatda   Qazax   Dövlət Sosial   İqtisadi  Kollecində  Elşad   Quliyevin  23 iyul 2018 –ci ildə  məzuniyyətə  çıxması  və  möhürü  ,xidməti avtomobili    də  özü  ilə  götürmesi  olub ki, bu da , demək  olar  ki, kollecdə  işin dayanmasına  səbəb olub.Hətta,  mənbə  onuda bildirir  ki,  direktora aid olan  otağın açarınıda   əvəzləyicisinə  verməyib.Faktla   əlaqədar direktorun  əvəzleyicisi  ,müavin Elçin  Göyüşova  müraciət etdik.Elçin  Göyüşov   söylənənlərin  doğru olduğunu   etiraf  etdi.Səbəbini     soruşduqda isə  : --" Bunun  cavabını özündən  soruşun "   dedi.                                                                                                                                                                    

 Elşad   müəllimlə  telefon əlaqəsi   yaratdıq.Elşad  müəllim - " Sizə nə  dəxli  var, niyə hər şeyə  qarısırsız? Özüm  bilərəm, kollecin direktoru  mən deyiləm?” deyib,  telefonu  qapatdı. Bəli,  Elşad   Quluyev  əmək  qanunlarını   pozduğu kimi  KİV  haqqında  qanunun 8-ci   maddəsinidə   kobudcasına pozaraq , redaksiyamızın  suallarını da  cavabsız  qoydu. Özünün  dediyi  kimi , deyesen  arxası möhkəmdir.                                                            Mənbə  onuda  deyir ki, Elşad  müəllim  hər kəsə belə deyir.Yəqin ki, məqaləni  oxuduqdan sonra  Təhsil  Nazirliyinin rəhbərliyi  Qazax  Dövlət İqtisadi  Kollecinin , " yoxlanılıb”  deyilənlərin  doğru olduğunu öyrəndikdən   sonra bir  nəticəyə  gələr.

                                                        Neymət   Novruz.