Şəfəqə Doğru » Gündəm » Koronavirusa yoluxan Xatirə İslam və əri xəstəxanaya yerləşdirildi

Koronavirusa yoluxan Xatirə İslam və əri xəstəxanaya yerləşdirildi

Koronavirusa yoluxan Xatirə İslam və əri xəstəxanaya yerləşdirildi

Müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadə koronavirusa yoluxub.  

Shafaqadogru.com -un əldə etdiyi məlumata görə, cütlükdə bir müddət əvvəl COVID-19 aşkarlanıb. 

Hər iki şəxs bir neçə gündür ev şəraitində müalicə alıblar, daha sonra onlardan F. Musazadənin vəziyyəti ağırlaşıb. O, gecə saatlarında Bakı Sağlamlıq Mərkəzində yerləşdirilib. X. İslam da həyat yoldaşının yanında olmaq, ona diqqətdə saxlamaq üçün xəstəxanaya aparılıb. X.İslamın vəziyyətinin normal olduğu bildirilir. 

 

Məlumatı sənətçinin yaxınları saytımıza təsdiqləyib.