Şəfəqə Doğru » Gündəm » Kredit götürüb işsiz qalanlar üçün yenilik

Kredit götürüb işsiz qalanlar üçün yenilik

Kredit götürüb işsiz qalanlar üçün yenilik

"Azərbaycan bankları müştərilərinə işsizlikdən sığorta xidmətini məcburi qaydada təqdim edəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarımillik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib

"İstehlak krediti götürən şəxslər üçün həmin xidmətdən istifadə etmək isə könüllü olacaq", - deyə o qeyd edib.

AMB rəsmisi deyib ki, işsizlikdən sığorta ilə bağlı qaydalar hazırlanıb:

"Bu sahədə tənzimləyici dəyişikliklər üzərində də iş aparılır və onların ilin sonuna qədər qüvvəyə minməsi nəzərdə tutulur. Bu sığorta şəxslərin işsiz qalması ilə bağlı risklərdən qorunmasına kömək edəcək. İşçinin öz istəyi ilə işdən ayrılması və ya kütləvi ixtisarlar kimi hallar da müvafiq qaydalar çərçivəsində sığorta təminatına daxil ediləcək. Beləliklə, istehlak kreditləri üzrə işsizlik sığortası kredit götürən şəxslərin işsiz qaldıqları halda qarşılaşa biləcəkləri maliyyə çətinliklərinin azaldılmasına xidmət edən alət olacaq. Sığortanı əldə edib-etməmək isə müştərinin öz seçimindən asılıdır".

.