Şəfəqə Doğru » Gündəm » “Mehdiyevlə bütöv bir nəsil böyüyüb ki, onlar rüşvəti, riyakarlığı normal hesab edir” - Tanınmış hüquqşünasdan ilginc açıqlamalar

“Mehdiyevlə bütöv bir nəsil böyüyüb ki, onlar rüşvəti, riyakarlığı normal hesab edir” - Tanınmış hüquqşünasdan ilginc açıqlamalar

“Mehdiyevlə bütöv bir nəsil böyüyüb ki, onlar rüşvəti, riyakarlığı normal hesab edir” - Tanınmış hüquqşünasdan ilginc açıqlamalar
Tanınmış hüquqşünas Aslan İsmayılovun Yenisabah.az-a müsahibəsi:

- Azərbaycanda həbs edilən icra başçılarından danışan zaman onların Ramiz Mehdiyevin kadrı olduğu deyilir. Lakin bildiyiniz kimi, Mehdiyev iki ildən çoxdur ki, vəzifəsindən azad olunub və bu müddət ərzində hakimiyyətdə xeyli kadr dəyişikliyi baş verib. Yəni bunlara baxmayaraq, Azərbaycan iqtidarı Ramiz Mehdiyevin kadrları ilə hələ də vidalaşmayıb?

- Ramiz Mehdiyev irsi ilə vidalaşmaq üçün bizə onillər lazım olacaq. Belə tez vidalaşmağı mümkün hesab etmirəm. Bu, bir məktəb idi və uzun illər o məktəbdə şagirdlər yetişdirilib, hətta təzə təyin olunanların içərisində də Mehdiyev məktəbinin yetirmələri var. Qarşısının alınması üçün nəsil dəyişməlidir, elə bir nəsil yetişməlidir ki, vəzifəyə gedən adam oraya qazanmaq yox, insanlara, dövlətə qulluq etməyə getdiyini anlasın. Dediyim kimi, bu, 1-2 günə həllini tapacaq bir məsələ deyil.

- Hazırda kimlərin Ramiz Mehdiyevin kadrı olduğunu düşünürsünüz?

- Ad deyə bilmərəm, amma bu gün vəzifədə olanların əksəriyyəti onun kadrlarıdır.

- Sizcə, Ramiz Mehdiyevin dövlətdaxili proseslərə təsir imkanı nə qədərdir?

- Faiz hesablamaq istəmirəm, sadəcə onu deyə bilərəm ki, dünyagörüş kökündən dəyişməlidir. Çünki Mehdiyevi hələ də güc saymaq olar. Lenin öləndən sonra 70 il onun dünyagörüşü ilə getdilər və proses hələ də davam edir. Mehdiyevlə bütöv bir nəsil böyüyüb ki, onlar vəzifəyə gedib, rüşvət alıb dövlətli olmağı, riyakarlıq edərək yüksəlməyi normal hesab edir. Məktəbdə onlara bu öyrədilib.

- Bəs Mehdiyev ideologiyası bundan sonra təxminən neçə il yaşayacaq?

- Hər şey hakimiyyətin bundan sonra atacağı addımlardan asılı olacaq. Əgər hakimiyyət ideologiyanı dəyişib, normal ideologiya gətirsə, vəziyyət qısa zamanda dəyişər. Yox, bu ideologiyanın üzərində idarəetməni davam etdirmək istəsələr, yeni Mehdiyevlər ortaya çıxacaq.

- İqtidar düşərgəsində indiyədək baş verən dəyişiklikləri necə qiymətləndirirsiniz?

- İstənilən halda kadr dəyişikliyinə müsbət baxıram. Hakimiyyətin bugünkü addımlarına yeganə mənfi baxışım odur ki, təyin edilən kadr özünü doğrultmursa, onu vəzifədən azad etmək üçün beş il gözləmək lazım deyil. Bir insanı tanımaq üçün altı ay da kifayət edir. Mixail Saakaşvilinin ən böyük uğuru o idi ki, altı aydan bir kadr dəyişirdi. Gömrük Komitəsinin rəhbərliyini bir il ərzində üç dəfə həbsə atdırdı.

- Azərbaycanda yeni kadrların sələfləri ilə müqayisədə hansısa üstünlüklərə malik olduğunu düşünürsünüzmü?

- İstənilən halda köhnələr kimi fəaliyyət göstərməyəcəklər. Bütün varlığımla kadrların gəncləşməsinin tərəfdarıyam.

- Aslan bəy, idarəetmədə dəyişikliklərin olacağı da gözləniləndir və buraya ilk növbədə struktur islahatlarının aparılması daxildir. Hətta ortada bir neçə nazirliyin, komitənin ləğv edilmə və ya başqa quruma birləşdirilmə ehtimalı var. Siz Azərbaycanda struktur dəyişikliyinə ehtiyac görürsünüzmü?

- Ehtiyacın olması labüddür. ABŞ kimi qüdrətli bir ölkədə 11 nazirlik var. Azərbaycanda isə 50-ə yaxın nazirlik, komitə, agentlik mövcuddur. Bunların hamısı yem yeridir. Bir-birini təkrarlayan qurumlara nə ehtiyac var?! Məsələn, Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, "Azərsu” ASC bir-birini təkrarlayır. Bu qurumlar sadəcə üç rəhbər, 33 müavin, 333 şöbə rəisi mənasını ifadə edir. Yəni bunların hamısı artıq rüşvət mənbələridir. Nə qədər az olsa, rüşvət də azalacaq, həmçinin işlər çevik gedəcək. Ona görə də bütün məmur korpusu ən azı iki dəfə azaldılmalıdır.

- Sizcə, hazırda hansı qurumlar ləğv olunmalıdır?

- Say çoxdur. Məsələn, 2003-2005-ci illərdə mövcud olan İqtisadi İnkişaf Nazirliyindən sonralar 6-7 nazirlik, komitə, agentlik yaradıldı. Bunlara nə ehtiyac var?!

- Bu kontekstdən icra hakimiyyətlərinin ləğv edilməsi də təklif olunur. Azərbaycanı vilayətlərdə bölüb fərqli idarəetmə mexanizmi yaratmaq yerlərdəki problemlərin həllinə kömək edə bilər?

- Bununla bağlı yanaşmam hələ təxminən 2000-ci ildə mətbuatda öz əksini tapıb. O vaxt da təklif etmişdim ki, normal cəmiyyətin qurulması, normal idarəçiliyin olması üçün Azərbaycan təxminən 8-9 mahala bölünməli və onların özlərinin qanunverici, icraedici orqanı olmalıdır. Yəni bələdiyyələr olmalıdır və bələdiyyə başqanları seçki yolu ilə vəzifəyə gəlməlidir. Amma yaxın 1-2 ildə artıq bunu mümkün saymıram. Çünki Qarabağ müharibəsi, ondan sonra baş verən ciddi proseslər buna mane oldu. Hesab edirəm ki, islahatların ləngimə səbəbi də bununla bağlıdır. Belə bir dövrdə mərkəzləşdirilmiş hakimiyyət daha güclü olmalıdır. 2021-ci ilin Azərbaycan nüstəqilliyi üçün həlledici bir il olduğunu ilin əvvəldə demişəm. Ona görə fikrimcə, bu il Qarabağ problemi yekunlaşar, sərhədlərin demorkasiyası tam həll edilər. Çünki artıq növbəti ildən islahatla, yeni parlament seçkiləri keçirilməli və inzibati ərazi strukturları yaradılmalıdır. İstənilən cəmiyyətdə məmur sinfi çoxdursa, dövlətin inkişafına ziyan dəyir. Hakimiyyətin əlində olan səlahiyyətlər paylanmalı, qeyri-hökumət təşkilatları, özünüidarə orqanları çoxalmalıdır. Cəmiyyətin inkişafı bundan keçir və dünya yüzillərdir bu praktikanı tətbiq edir, indi yenidən velosiped icad etməyə ehtiyac