Şəfəqə Doğru » Manşet » |Dövlətdən gənc fermerlərə şad xəbər - VİDEO

|Dövlətdən gənc fermerlərə şad xəbər - VİDEO

|Dövlətdən gənc fermerlərə şad xəbər - VİDEO
Bölgələrdə gənc fermerlərin məşğulluq problemləri aradan qaldırılır. 
 
Shafaqadogru.com  "Xezerxeber.az"a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfati Təşkilatının həyata keçirdiyi "Aqrar məşğulluğun artırılması layihəsi"nin təqdimatı olub. Layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfati Sahəsində Peşə Təhsili Proqramı həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Layihə və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyir ki, layihə çərçivəsində seçilmiş gənc fermerlər öz layihələrini təqdim edəcəklər. Pilot bölgələr seçildikdən sonra həmin ərazilərdə yaşayan gənc fermerlər müraciət etmək hüququ əldə edəcəklər. Seçilən layihələrə hər cür dəstək göstəriləcək. Layihələrdən asılı olaraq gənc fermerlərə texnoloji avadanlıqlar, torpaq sahəsi, maliyyə əldə etməkdə köməklik göstəriləcək. Layihələrin icrası üçün kreditlərin ayrılması nəzərdə tutulur. Proses 2018-2020-ci illəri əhatə edəcək. Bundan əlavə, layihələrin monitorinqi aparılacaq. Ayrılan yardımlardan təyinatı üzrə istifadə etməyənlər uzaqlaşdırılacaq.