Bakı Apellyasiya Məhkəməsində bankomatları yarıb pul oğurlamaqda təqsirləndirilən Xəyal Rüstəmov, Orxan Əhmədov, Rizvan Ağayev və Elməddin Zülfüqarovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Shafaqadogru.com bizimyol.info-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Rüstəmov 9 il, O.Əhmədov 8 il, R.Ağayev 10 il, E.Zülfüqarov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslərin apellyasiya şikayəti veriblər.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, O.Əhmədov Xətai rayonunda quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayıb.
Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun bu əməli tək törətmədiyi üzə çıxıb. Məlum olub ki, O.Əhmədova bankomatları yarmaqda R.Ağayev, X.Rüstəmov və E.Zülfüqarov kömək edib.
Onların Xətai rayonu, Əhmədli kəndində bələdiyyə binasında yerləşən bankomatı yararaq 51 min 200 manat oğurlaması da üzə çıxıb.
O.Əhmədov və digər şəxslər başqa-başqa vaxtlarda özünün əvvəlcədən seçdikləri və pulla dolu olan bankomatları hədəf seçib. Onlar pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edib və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçiririblər.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən X.Rüstəmov Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşı olub. O, hadisə ərəfəsində Binəqədi rayonuna ezam edilib və orada çalışırmış