Əfsanəvi "Çerkizov” bazarının sahibi, keçmiş milyarder Telman İsmayılov üçün pullarını geri qaytarmaq şansı yaranıb. Bununla bağlı "Life” məlumat yayıb.
Bir neçə gün əvvəl Moskvanın Arbitaj Məhkəməsi Rusiya güc strukturlarından gizlənən və İnterpol xətti ilə axtarışa verilən İsmayılov barədə qərar çıxarıb. Qərara əsasən, sabiq milyarderə Rusiyadakı bütün əmlaklarının maliyyə idarəsi imkanı verilib.
Məlumata görə, onun Moskvanın rayonlarında malikanələri və mənzilləri var. Bu daşınmaz əmlakın ümumi dəyəri 300 milyon rubldur (təxminən 4,5 milyon dollar – red.) ki, bu da İsmayılovun borcunun kiçik bir hissəsidir. Onun hazırda 30 milyard rubl (təxminən 450 milyon dollar) borcu var.
Oliqarxın Moskvanın Kutuzovsk prospektində yerləşən binada iki mənzili var. Onlardan biri beş otaqdan ibarətdir və sahəsi 132 kvadrat metrdir. Digəri isə altı otaqdan iobarətdir və ümumi sahəsi 158 kvadrat metrdir. Mənzillərin hər birinin dəyəri 50 milyon rubl (748 min dollar) təşkil edir.