Məsud Barzaninin kanalı olan Rüdav TV Naxçıvan Muxtar Respublikasını "Kürdüstan"ın ərazisi kimi təqdim edib.
AZXEBER.COM xəbər verir ki,İraqın şimalında Məsud Barzaninin liderlik etdiyi Kürd Muxtariyyətinin rəsmi kanalı olan Rüdav TV-nin hava proqnozlarında qeyri-adi məqam gözə dəyib. Belə ki, kanal mövcud olmayan Kürdüstanın xəritəsini təqdim edərək hava durumu haqqında məlumat yayımlayıb. Maraqlı olan məqam isə sözügedən xəritədə sarı rəngdə görünən Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhəd hissəsi qondarma respublikanın tərkib hissəsi hesab edilib.
Xatırladaq ki, dünən İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M. Bərzani ilə görüşərək referendumun təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb.