Türkiyənin yeni texnikası: "Bayraqdar"la birləşəcək
- Tarix: 09-iyun-2021, 11:27 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 27
Türkiyə silahlı sürücüsüz quru texnikası BARKAN-nın sınaqlarına başlayır.
Shafaqadogru.com  xəbər verir ki, bu barədə HAVELSAN şirkətinin məlumatında deyilir.

Artıq ilin sonunda sözügedən texnikanın Türkiyə ordusunun inventarına daxil olması planlaşdırılır.

"İyun-avqust aylarında sınaqlar keçiriləcək. Sınaqların nəticələrinə əsasən, texnikaların müəyyən modifikasiyalarının olacağı qaçılmazdır. Təkmilləşmə də aparıla bilər. İlin sonuna doğru texnikaları fəaliyyətdə görə bilərik. Xüsusilə pilotsuz uçuş aparatlarının ("Bayraqdar" - red.) dəstəyi ilə bu texnikaların birgə fəaliyyətini təmin etmək istəyirik”, - deyə şirkət rəhbərinin müavini Muhittin Solmaz bildirib.

Oxşar xəbərlər