Şəfəqə Doğru » Gündəm » Zahid Orucdan “Tərtər işi” ilə bağlı TƏLƏB - “...Üzərindən sükutla keçmək olmaz”

Zahid Orucdan “Tərtər işi” ilə bağlı TƏLƏB - “...Üzərindən sükutla keçmək olmaz”

Zahid Orucdan “Tərtər işi” ilə bağlı TƏLƏB - “...Üzərindən sükutla keçmək olmaz”
Üstündən xeyli müddət keçməsinə rəğmən, "Tərtər hadisələri” ilə bağlı müəmmalar hələ də aydınlığa çıxmayıb. İşgəncələr kimin sifarişi ilə olub? Kimlər haqlıdır? Haqsızlıq edənlər nə vaxt cəzalarını alacaqlar? Bax, bu suallar çoxlarını düşündürür. Beləliklə, xaotik məqamdan yararlanan bəzi qüvvələr manipulyasiyaya cəhd edirlər. Deməli, "Tərtər hadisələri” unudulmamalı, müvafiq qurumların prioriteti olmalıdır. Ən azından insanlıq naminə...

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc sözügedən hadisə barədə "Sherg.az”a danışdı:

"Məlum olduğu kimi, ordu qapalı sistemdir. Deməli, hadisələrin tam miqyası ilə ictimailəşdirilməsi maraqlı qüvvələrin əlində dövlətə qarşı kampaniyanın tərkib hissəsinə çevrilir. Belə demək mümkünsə, dördqatlı düyün nöqtələri yaradılır. Təsadüfi deyil ki, KİV-dəki bütün açıqlamalar, yazılar, həmçinin xaricdə gedən informasiya savaşı izlənilir, dəyərləndirilir. Deməli, məsələyə həssas yanaşmalıyıq”.

Z.Orucun fikrincə, əsaslı addımlar atılmalıdır:

"Hadisənin, qurbanların üzərindən sükutla keçmək olmaz. Əgər bitərəf komissiya yaradılacaqsa, sözügedən ailələrin üzvləri də orada olmalıdırlar. Qalib ordu ilə bağlı belə xəbərlər ciddi addımların aparılmasını zəruri edir. İlk növbədə isə ordudakı münasibətlər hüquqi müstəviyə keçirilməlidir”.