Şəfəqə Doğru » Gündəm » Xankəndi yaxınlığında erməni gənclər üçün hərbi təlim düşərgəsi yaradıldı… - BU LAP AĞ OLDU...

Xankəndi yaxınlığında erməni gənclər üçün hərbi təlim düşərgəsi yaradıldı… - BU LAP AĞ OLDU...

Xankəndi yaxınlığında erməni gənclər üçün hərbi təlim düşərgəsi yaradıldı… - BU LAP AĞ OLDU...
Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisində Vətən müharibəsindəki biabırçı məğlubiyyətlərindən sonra hələ də Rusiya hərbi kontingentinin himayəsində sülənən separatçı-terrorçu rejim tör-töküntüləri Xankəndi yaxınlığındakı Ballıca kəndində erməni gənclər üçün hərbi təlim düşərgəsi açıblar.

Shafaqadogru.com  xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

"Cəngavər” adı verilmiş düşərgənin rəhbəri mayor Arsen Arutyunyan, polkovnik Mxitar Avşaryan çağırışa qədər yaşda olan dığalar qarşısında çıxış ediblər. Onlara müxtəlif atıcı silahlardan atəş açılması, onların sökülüb-yığılması və s. təlimləri keçiriləcək...

Zəruri arayış:

Ballıca — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənddir. Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Xocalı şəhərindən hava xətti ilə təxminən 5, Xankəndindən isə 4 km məsafədə yerləşir.

Adını ərazidəki eyniadlı çaydan alıb.

Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olub. Sonralar çar Rusiyası tərəfindən İran və Türkiyədən köçürülmüş ermənilər burada məskunlaşmışlar. Hazırda da ermənilər tərəfindən "Ayqestan” adlandırılır.

1992-ci ildən 2020-ci ilin noyabrına qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.

2005-ci ildə separatçı rejimin Yuxarı Qarabağda keçirdiyi əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edib.

İşğaldan sonra Ballıcada Ermənistan ordusunun silah anbarı qurulub. İkinci Qarabağ müharibəsi zamanı - 5 oktyabr 2020-ci ildə həmin silah anbarı Azərbaycan ordusu tərəfindən məhv edilib. Ordumuz həmçinin ermənilərin Ballıca yaxınlığında yerləşdirdiyi "S-300" zenit-raket kompleksini də sıradan çıxarıb.

2020-ci il oktyabrın 14-dəki mətbuat konfransında Azərbaycan Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev Ermənistan tərəfindən "Toçka-U” sistemi vasitəsilə Mingəçevir şəhərinə buraxılan raketin Xankəndi ətrafındakı Ballıca yaşayış məntəqəsinin yanından atıldığını bildirib.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiyanın rəsmən sülhməramlı missiyası daşıyan qüvvələrinin nəzarətinə keçib...

Son peyk görüntülərinə əsasən Ballıcada hələ də ermənilərin top və haubitsaları saxlanılır...

Onu da qeyd edək ki, dünən - iyulun 8-də Qarabağdakı separatçı-terrorçu rejimin Azərbaycan dövləti tərəfindən İnterpol axtarışına verilmiş rəhbəri Araik Arutyunyan qanunsuz "milli təhlükəsizlik xidməti" əməkdaşları qarşısındakı çıxışında rejimin "döyüş qabuliyyətli silahlı qüvvələrə malik olmasının vacibliyi"ni vurğulayıb...