Şəfəqə Doğru » Gündəm » İraqda COVID xəstələri üçün olan xəstəxanada yanğın zamanı ölüm sayı 52-yə çatıb - VİDEO

İraqda COVID xəstələri üçün olan xəstəxanada yanğın zamanı ölüm sayı 52-yə çatıb - VİDEO

İraqda COVID xəstələri üçün olan xəstəxanada yanğın zamanı ölüm sayı 52-yə çatıb - VİDEO
İraqın cənubundakı Di-kar əyalətinin Ən-Nasiriyyə şəhərində koronavirus xəstələr üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 52-yə çatıb. Azı 70 nəfər xilas edilib.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə "Al Arabiya” telekanalı məlumat yayıb. Bundan əvvəl 40 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, "İmam Hüseyn” xəstəxanasında baş verən yanğının səbəbi ehtiyatsız davranma nəticəsində oksigen balonunun partlamasıdır. Şəhərin mülki müdafiə xidməti yanğının qarşısının alındığını açıqlayıb. Hadisə ilə əlaqədar Səddam ət-Tavil əyalətinin səhiyyə naziri istefa məktubu təqdim edib.

İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkədə matəm elan edib. Bundan başqa, o, faciənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaratmaq barədə tapşırıq verib.

Eyni zamanda, parlamentin sədri Məhəmməd əl-Halbusi xəstəxanada baş vermiş yanğın faktının müzakirə olunması üçün qanunverici orqanda xüsusi iclas keçiriləcəyini bildirib.