2017-ci il dekabrın 5-də vergilər naziri postundan çıxarılan Fazil Məmmədov 22 il hökumətdə yer alıb
1995-ci ildən o, Dövlət Gömrük Komitəsi sədrinin müavini olub, 1999-cu ildə Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi tәyin edilib, 2000-ci ildən vergilәr naziri postunu tutub.
Prezidentin 5 dekabr sərəncamı ilə vergilər naziri təyin edilən Mikayıl Cabbarov isə 2004-cü ildən hökumətdə çalışır. O, 2009-cü ilədək iqtisadi inkişaf nazirinin müavini, 2013-ci ilədək Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi, 2017-ci il dekabrın 5-dək təhsil naziri olub.
Novator.az-ın məlumatına görə, nazirlərin içində ən stajlısı daxili işlər naziri Ramil Usubovla mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir. Onlar 1994-cü ildən nazir postundadırlar. Əbülfəs Qarayev 2006-cı ilədək gənclər və idman naziri vəzifəsində işləyib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1995-ci ildən hökumətdədir. 2006-cı ilədək Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinin sədri olub.
Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziri, Hüseynqulu Bağırov 2001-ci ildən ekologiya və təbii sərvətlər naziridir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2002-ci ildən hökumətdə yer alır. 2013-cü ilədək o, Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində çalışıb.
Elmar Məmmədyarov 2004-cü ildən xarici işlər naziri, Oqtay Şirəliyev 2005-ci ildən səhiyyə naziri, Azad Rəhimov 2006-cı ildən gənclər və idman naziri, Samir Şərifov həmin ildən maliyyə naziri, Yavər Camalov yenə eyni ildən müdafiə sənayesi naziridir.
İqtisadiyyat naziri Şahin Mustafayev posta 2008-ci ildə gətirilib.
Zakir Həsənov 2013-cü ildən müdafiə naziri, Heydər Əsədov həmin ildən kənd təsərrüfatı naziridir.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə hökumətin tərkibinə 2016-cı ildə, energetika naziri Pərviz Şahbazov 2017-ci ildə gətirilib.
Baş nazir Artur Rasizadə 1996-cı ildən Nazirlər Kabinetindədir. O, 1996-cı ildə və 2003-cü ildə baş nazirin müavini olub.
Digər hökumət üzvləri kabinetdə bu vaxtlardan yer alır:
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev – 1984-cü ildən
baş nazirin müavini Elçin Əfəndiyev – 1993-cü ildən
baş nazirin müavini Abid Şərifov – 1995-ci ildən
baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov – 1998-ci ildən
Baş nazirin birinci müavini Yaqub Eyyubov – 1999-cu ildən (2003-cü ilədək baş nazirin müavini)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov – 2002-ci ildən
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev – 2002-ci ildən
Baş nazirin müavini İsmət Abasov – 2004-cü ildən (2013-cü ilədək kənd təsərrüfatı naziri)
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov – 2005-ci ildən
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov – 2005-ci ildən
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev – 2006-cı ildən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova – 2006-cı ildən
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov – 2006-cı ildən
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov – 2007-ci ildən (2012-ci ilədək Dövlət Miqrasiya Xidmətinin rəisi)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov – 2007-ci ildən
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev – 2012-ci ildən
Baş nazirin müavini Əli Əhmədov – 2013-cü ildən
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı – 2014-cü ildən
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov – 2015-ci ildən
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev – 2015-ci ildən
Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov – 2015-ci ildən
Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov – 2016-cı ildən.