Şəfəqə Doğru » Gündəm » Bu peyvənd ZƏRƏRLİDİR - XƏBƏRDARLIQ

Bu peyvənd ZƏRƏRLİDİR - XƏBƏRDARLIQ

Bu peyvənd ZƏRƏRLİDİR - XƏBƏRDARLIQ
"Johnson&Johnson" tərəfindən hazırlanan COVID-19 peyvəndi nadir rast gəlinən nevroloji xəstəliyə səbəb ola bilər.
Shafaqadogru.com  xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman İdarəsi (FDA) xəbərdarlıq edib.

İdarə "Guillain-Barre" Sindromu (GBS) kimi tanınan xəstəliklə bağlı 100-ə yaxın xəstəni araşdırıb. Nəticədə qərara gəlinib ki, "Johnson&Johnson" vaksini sözügedən xəstəliyə tutulmaq baxımından kiçik, lakin mümkün risk daşıyır.

"Guillain-Barre" Sindromuna indiyədək 50 yaş və yuxarı yaşlı kişilərdə rast gəlindiyi və simptomların vaksinasiyadan təxminən 2 həftə sonra görüldüyü bildirilib.

Mütəxəssislər "Johnson&Johnson" peyvəndi ilə GBS arasındakı mümkün əlaqəni müzakirə etməyə davam edəcəklərini deyiblər. Lakin peyvəndin hələ də təhlükəsiz və effektli olduğunu, potensial faydalarının risklərdən üstün olduğunu qeyd ediblər.

"Guillain-Barre" Sindromu sinir sisteminə güclü təsir edir. Bu xəstəlik ürəyin döyüntü ritminin pozulmasına, nəfəsalma çətinliyinə və bir çox problemə səbəb olur.