Rusiya silahlarını əldə edən ölkələrə qarşı ABŞ sanksiyalarının tətbiqi elə Vaşinqtonun öz əleyhinə çevrilə bilər.
Shafaqadogru.com xəbər verir ki, bu sözləri Rusiya Strateji və Beynəxalq Araşdırmalar Mərkəzinin "Rusiya və Avrasiya” proqramının rəhbəri Olqa Oliker deyib.
"Onlar çox pul qazanırlar. Digər tərəfdən, onlar başqalarına silahlar satırlar. Burada ABŞ-ın alternativ olmasına gərək yoxdur. Təsəvvür etmək belə çətindir ki, ABŞ rus silahını almış Hindistana sanksiya tətbiq edir. Eyni zamanda türklər də lazım olanı edəcəklərini açıq şəkildə ifadə etdilər. Bu, (sanksiya tətbiqi) çox təhlükəli addım ola bilər”, - deyə Oliker bildirib.
Qeyd edək ki, ABŞ administrasiyası Rusiyaya məxsus hərbi müdafiə şirkətləri və qurumlarının siyahısını dərc edərək, bu təsisatlardan silah alan 3-cü ölkələrə sanksiya tətbiq ediləcəyini istisna etməmişdi.