Şəfəqə Doğru » Gündəm » Hərbçilərimiz Qafan-Gorus yolunu bağladı - Video

Hərbçilərimiz Qafan-Gorus yolunu bağladı - Video

Hərbçilərimiz Qafan-Gorus yolunu bağladı - Video

Qubadlı istiqamətində dünən Azərbaycan Ordusunun əsgərinin erməni hərbçiləri tərəfindən hücuma məruz qalmasından sonra Qafan-Gorus avtomagistralının Azərbaycan ərazisindən keçən hissəsi qapadılıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Məlumata görə, yol dünən gecə 23:00-da qapadılıb, yolda qalan nəqliyyat vasitələri isə buradan evakuasiya olunub.

Ermənistanın ombudsmanı Arman Tatoyan ərazidə qalan mülki nəqliyyat vasitələrinin çıxarılmasına Azərbaycanın izn verdiyini, amma yolun qapalı saxlanıldığını bildirib. O, hazırda Rusiya sərhədçilərinin Azərbaycanla danışıqlar apardığını söyləyib.

***

Azərbaycan ordusu Gorus-Qafan yolunda daha bir məntəqəni qapadıb.

Bu məlumatı Ermənistanın ombudsmanı Arman Tatoyan yayıb. O, Azərbaycan tərəfinin Gorusdan Bərgüşad kəndinə gedən yolu da bağladığını deyib.

Qeyd edək ki, dünən Azərbaycan Dövlət Sərhəd Xidməti Qubadlı rayonu ərazisində iki erməni hərbçinin hərbçimizə hücum etdiyini və onu yaraladığı haqqında məlumat yaymışdı.