Şəfəqə Doğru » Gündəm » Türkiyədə silahlı insident zamanı 12 nəfər yaralandı

Türkiyədə silahlı insident zamanı 12 nəfər yaralandı

Türkiyədə silahlı insident zamanı 12 nəfər yaralandı
Türkiyədə silahlı insident olub.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə"Cümhuriyyət” məlumat yayıb.

Məlumata görə, hadisə İzmir əyalətində qeydə alınıb. Konak rayonunda 2 şübhəli şəxs əvvəlcədən xoşagəlməz münasibətin olduğu ailənin yaşadığı evin önünə gəlib. Onlardan biri odlu silahdan ətrafdakılara atəş açıb. Nəticədə 12 nəfər xəsarət alıb. Yaralılar arasında 1 yaşlı körpə, habelə yeniyetmə, gənclər də var.
Hadisə ilə əlaqədar əraziyə çoxlu sayda polis əməkdaşı və təcili tibbi yardım maşını cəlb edilib. Ərazi hüquq-mühafizə orqanları tərəfindən əhatəyə alınıb.

İnsidentlə bağlı 2 nəfər polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.