Şəfəqə Doğru » Gündəm » Sel Göyçayda körpünü uçurub? – RƏSMİ

Sel Göyçayda körpünü uçurub? – RƏSMİ

Sel Göyçayda körpünü uçurub? – RƏSMİ

Ötən gün axşam saatlarında sosial şəbəkələrdə və bəzi xəbər saytlarında guya Göyçay rayonu ərazisində sel suları səbəbindən avtomobil körpüsünün uçması ilə bağlı videogörüntülü məlumat paylaşılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilir.

"Rəsmi olaraq bildirirk ki, sözügedən görüntü 2018-ci ildə baş vermiş hadisə zamanı lentə alınıb və bu günlər ərzində Göyçay rayonu ərazisində balansımızda olan hər-hansı avtomobil körpüsündə uçqun qeydə alınmayıb”, – deyə qurum bəyan edib.