Elm və Təhsil Nazirliyinin "Dövlət təhsil müəssisələrində kargüzarlığın aparılması üçün sənəd blanklarının istehsalı ilə bağlı poliqrafiya işləri" ilə bsğlı elan etdiyi tender başa çatıb.
32gun.az-ın məlumatına görə, tenderin qalibi "ÇAŞIOĞLU ELM-İSTEHSALAT" MMC olub. Hər iki tərəf arasında 488.996,6 AZN-lik müqvilə imzalayıb.
Əldə etdiyimiz məlumata görə, qalib şirkətin dövlətə vergi borcu mövcuddur. Belə ki, hazırda "ÇAŞIOĞLU ELM-İSTEHSALAT" MMCnin vergi borcu 2413.59 AZN-dir.
Bildirək ki, nizamnamə kapitalı 3980 AZN olan “Çaşıoğlu Elm-İstehsalat” MMC-nin qanuni təmsilçisi Hüseynov Ülfət Hikmət oğludur.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.