Şəfəqə Doğru » Gündəm » Azərbaycanda vəkilin avtomobilini YANDIRDILAR - FOTO

Azərbaycanda vəkilin avtomobilini YANDIRDILAR - FOTO

Azərbaycanda vəkilin avtomobilini YANDIRDILAR - FOTO
Zaqatalada Vəkillər Kollegiyasının üzvü, vəkil Azər İsmayılova məxsus avtomobil yandırılıb.

Bu barədə Unikal.org-a vəkil özü məlumat verib.

O qeyd edib ki, avtomobili yandırmaqda şübhəli bildiyi şəxs var: "Hadisə yaşadığım binanın həyətində baş verib. Maşını benzinlə yandırıblar. Həmin şəxsin adını açıqlamaq istəmirəm, ancaq hesab edirəm ki, bunu edən şəxs mənim müdafiə etdiyim şəxsin işi üzrə qarşı tərəfdir".