Şəfəqə Doğru » Gündəm » Uşağın doğulmasına görə verilən birdəfəlik müavinət ARTIRILIR

Uşağın doğulmasına görə verilən birdəfəlik müavinət ARTIRILIR

Uşağın doğulmasına görə verilən birdəfəlik müavinət ARTIRILIR
Gələn il uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərin maliyyələşdirilməsi üçün 2022-ci ildə 20,0 mln. manat məbləğində vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.

Shafaqadogru .com APA-ya istinadən xəbər verir ki, "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi" layihəsində əksini tapıb.

Hesablama Palatasının "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 5,3 mln. manat (36,1%), 2020-ci ilin faktiki icrasından isə 10,5 mln. manat (2,1 dəfə) çoxdur.

Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.