Şəfəqə Doğru » Gündəm » Bir həftə ərzində Türkiyədə güclü zəlzələ ola bilər

Bir həftə ərzində Türkiyədə güclü zəlzələ ola bilər

Bir həftə ərzində Türkiyədə güclü zəlzələ ola bilər

Təxminən bir həftədir yeraltı təkanlara baxdığımız zaman bu zəlzələlərin şimal-şərqə istiqamət aldığını görürük. Dekabrın 5-i baş verən zəlzələ 2011-ci ildə baş verən yeraltı təkandan fərqlidir.

Bunu Türkiyənin Van vilayətinin Tuşba rayonunda 5 bal gücündə baş verən zəlzələ barədə danışan professor Sağlam Səlcuq deyib."Dekabrın 5-dəki yeraltı təkan Vanın mərkəzindən 47 km aralıda baş versə də, şiddətli şəkildə hiss olundu. Zəlzələdən sonra 10-dan çox afterşok baş verib. Bu zəlzələlərin paylanmasına baxanda şimal-qərb-cənub-şərq meyli var. İndi ən böyük suallardan biri budur ki, bu zəlzələlər böyük zəlzələnin xəbərçisidirmi? Bu suala cavab vermək mümkün deyil", - o qeyd edib.

Bölgənin deformasiyasına təsir edən 12-dən çox fayın olduğunu bildirən Səlçuq deyib:

"Hansının nə vaxt qırılacağını və nə vaxt zəlzələ yaradacağını bilmirik. Ərciş fayına baxanda orta seqmentdə zəlzələlər baş verir. Bir həftə ərzində 5 və ya daha güclü zəlzələ ola bilərmi? - Ola bilər"./Axar.az