Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda Yıldız prospektində qaldığı oteldən çıxarkən azərbaycanlı iş adamı Rövşən Əliyevə silahlı hücum edilib.
Onun Azərbaycan dövlət nömrə nişanına malik avtomobilinə naməlum şəxslər tərəfindən çoxlu sayda atəş açılıb. Hadisə nəticəsində iş adamı ağır yaralanıb, sürücüsü isə həlak olub.
İnsidentdən sonra hadisə yerində araşdırma aparan polislər iki tapança və avtomat silah tapıblar. Faktla bağlı araşdırmalar aparılır.
"Qafqazinfo" isə xəbər yayıb ki, həmin şəxs məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskidir.
"Report”un əldə etdiyi məlumata görə, Lənkəranski bir neçə güllə yarası alıb. O, hazırda xəstəxanadadır. Vəziyyəti ağırdır. Yaxınları onun yanına yollanıb.
İlhamə