Son zamanlar sosial şəbəkədə Azərbaycandakı xəstəxanaların birində baş vermiş hadisəni əks etdirən foto gülüşə səbəb olub.
BiG.AZ xəbər verir ki, Azərbaycanda bir xəstə sinəsində kəskin ağrılarla həkimə müraciət edib. Xəstə rentgen edilir və bu görüntünü görən həkimlər böcək görüldüyünü əsas tutaraq əməliyyat üçün onu Almaniyaya göndərirlər.
Xəstə bir xeyli pul xərcləyərək Almaniyaya gedir. Berlin xəstəxanasında onu yenidən rentgen edirlər və aşkar olunur ki, böcək sinədə deyil, Azərbaycandakı rentgen aparatında imiş.