Şəfəqə Doğru » Gündəm » Azərbaycana gələn turistlərin sayı ARTIB

Azərbaycana gələn turistlərin sayı ARTIB

Azərbaycana gələn turistlərin sayı ARTIB

2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 128 ölkəsindən 74,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, gələnlərin 35,3 faizi Rusiya Federasiyası, 24,1 faizi Türkiyə, 12,9 faizi İran, 5,6 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Ukrayna, hər birindən 1,1 faiz olmaqla Böyük Britaniya və Küveyt, 0,9 faizi Qazaxıstan, 0,8 faizi Oman, hər birindən 0,6 faiz olmaqla Almaniya, ABŞ və Hindistan, hər birindən 0,5 faiz olmaqla Belarus və İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 81,2 faizini kişilər, 18,8 faizini qadınlar təşkil edib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 651,3 dəfə, Səudiyyə Ərəbistanından - 438,9 dəfə, Küveytdən - 104,8 dəfə, Hindistandan - 8,9 dəfə, Pakistandan - 8,5 dəfə, İsraildən - 7,1 dəfə, ABŞ-dan - 3,0 dəfə, Qazaxıstandan - 2,7 dəfə, Rusiya Federasiyasından - 2,1 dəfə, Ukraynadan - 2,0 dəfə, İrandan - 2,0 dəfə, Fransadan - 2,0 dəfə, Türkiyədən - 1,7 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə artıb, Gürcüstandan gələnlərin sayı isə 3,0 faiz azalıb.

 

2021-ci ilin yanvar ayı ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 16,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 29,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 2,8 min nəfər olub.

 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 42,4 faizi dəmir yolu və avtomobil, 55,5 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.

             

2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 3,2 dəfə artaraq 89,6 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,6 dəfə, İrana gedənlərin sayı 3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,5 dəfə artıb. Ölkə vətəndaşlarının 39,4 faizi Türkiyəyə, 25,8 faizi Rusiya Federasiyasına, 8,0 faizi Gürcüstana, 9,7 faizi İrana, 17,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,8 faizini kişilər, 32,2 faizini qadınlar təşkil edib.

 

2022-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,2 faizi dəmir yolu və avtomobil, 66,3 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.