Şəfəqə Doğru » Gündəm » Şoyqu Putinin qorxusundan infarkt keçirdi?..

Şoyqu Putinin qorxusundan infarkt keçirdi?..

Şoyqu Putinin qorxusundan infarkt keçirdi?..
Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu infarkt keçirib. Məhz  buna görə də son vaxtlar ictimaiyyət qarşısına çıxmır.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko danışıb.
 
Putinin Ukraynaya müdaxilənin tam uğursuzluğu ilə bağlı sərt təqdimatından sonra Şoyqu infarkt keçirib. İndi o, N. N. Burdenko adına Baş Hərbi Klinik Hospitalda reabilitasiyadan keçir”, -  deyə Geraşenko bildirib.
 
Rusiyada Şoyqunu daha tez-tez ictimaiyyətə göstərməyi əmr ediblər...
 
Geraşenkonun sözlərinə görə,  Rusiya Müdafiə Nazirliyində qurumun rəhbəri Sergey Şoyqunun media məkanında görünməsini təmin etmək barədə əmr peyda olub.  
 
" "Şoyqunun olmaması" RF Müdafiə Nazirliyinin imicinə və etibarına mənfi təsir göstərir...", buna görə də general-mayor Konaşenkov indi bir növ barmaqdan sorulan feyklərə, saxtakarlıqlara nəzarət edəcək, nəinki rus qoşunlarının  Ukraynanın dərinliklərinə yüz kilometrlərlə irəliləməsi haqda, həm də bunlarda Rusiya müdafiə nazirinin şəxsi iştirakı barədə dezinformasiyalar yaydıracaq. Bu haqda Şoyqunun müavininin sərəncamında deyilir”, - deyə  Ukrayna rəsmisi əlavə edib.
 
Sərəncamda "Rusiya Federasiyası Müdafiə Nazirliyinin bütün rəsmi mənbələrində gündəlik foto-şəkillərin və mətn materiallarının dərc edilməsinin zəruriliyi, bundan sonra Şoyqunun hərbi fəaliyyətə rəhbərlik etdiyi və iştirak etdiyi” vurğulanır. Şoyqunun Ukraynadakı müharibəyə  rəhbərlik edilməsində iştirakını da vurğulamaq lazım olduğu bildirilir...