Şəfəqə Doğru » Gündəm » Rusiya istəyinə nail olmadı, hədəfini DƏYİŞDİ

Rusiya istəyinə nail olmadı, hədəfini DƏYİŞDİ

Rusiya istəyinə nail olmadı, hədəfini DƏYİŞDİ

Rusiya ilə Ukrayna arasında bir aydan artıqdır davam edən müharibədə rus ordusu ilk dəfə olaraq "gözlənilən irəliləyişə” nail olmadığını etiraf edərək hədəfini dəyişib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 24-də başlatdığı hərbi əməliyyat barədə danışan Baş Qərargah rəisinin müavini Sergey Rudskoy müharibənin gedişatının dəyişdiyini bildirib.

 

S. Rudskoy deyib ki, bundan sonra Rusiya ordusu əsas məqsədə, yəni Donbasın tamamilə müstəqil olmasına yönələcək.

 

"Əməliyyat bütün məqsədlərə çatana qədər davam edəcək” deyən rusiyalı rəsmi bunun üçün nə qədər vaxt lazm olduğunu açıqlamayıb. O, eyni zamanda Donbasın 54 faizinin nəzarət altında olduğunu bildirib.

 

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.