Şəfəqə Doğru » Gündəm » Rusiyalı hərbçi: “Vecimizə deyil, evlərə girib güllələyirik!” – VİDEO

Rusiyalı hərbçi: “Vecimizə deyil, evlərə girib güllələyirik!” – VİDEO

Rusiyalı hərbçi: “Vecimizə deyil, evlərə girib güllələyirik!” – VİDEO

Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz "Youtube” kanalında rusiyalı hərbçilərin telefon danışıqlarını əks etdirən növbəti səs yazılarını paylaşıb.

Səs yazılarının birində rusiyalı hərbçi dostu ilə söhbətdə necə "dolandıqlarını” danışır.

"Heç nə vecmizə deyil (söyüşləri ədəbi dildə tərcümə edirik – red.), evlərə girib güllələyirik, nə tapdıq götürürük. Müharibə gedir də… Zirzəmilər şərabla doludur.  Çox dadlıdır. 13 illik şərab tapdım”, – deyə hərbçi bildirir.

Həmçinin, rusiyalı hərbçi əlavə edir ki, Rusiya ordusu Ukraynada Əfqanıstanda verdiyi itkilərdən çox itkilər verib, çox sayda əsgər ölüb və yaralanıb.