Şəfəqə Doğru » Gündəm » "İki həftə öncə şəkil şəkdirdiyim bu yerdə indi Azərbaycan ordusu dayanıb..."-A.Xaçikyan

"İki həftə öncə şəkil şəkdirdiyim bu yerdə indi Azərbaycan ordusu dayanıb..."-A.Xaçikyan

"İki həftə öncə şəkil şəkdirdiyim bu yerdə indi Azərbaycan ordusu dayanıb..."-A.Xaçikyan
"Bu halda  Xankəndi-Ağdərə yolu bağlanaraq "..."Artsax"  iki yerə bölünsə, ciddi təhlükə yaranacaq"...
 
Erməni jurnalist Armen Xaçikyan Xocalı rayonunun Fərrux kəndi yaxınlığında olub, real vəziyyəti öyrənib və Azərbaycan ordusunun əraziyə tam nəzarət etdiyini bildirib.
Shafaqadogru.com xəbər verir ki, A.Xaçikyanın qeydlərini "Hraparak" nəşri təqdim edib.
 
"Azərbaycan qüvvələri Karaglux(Daşbaşı-S.L.) yüksəkliyində yerləşir və onlar xeyli güclənib. Rusiyanın sülhməramlı qüvvələri Fərrux kəndinə nəzarət edir, lakin kənd Azərbaycan bölmələri tərəfindən mühasirəyə alınıb" -deyə erməni jurnalist yazır.
 
A.Xaçikyan əlavə edir ki, Fərruxda erməni birləşmələri yoxdur və sakinlər kəndə qayıda bilmir. O etiraf edir ki, Azərbaycan ordusu nəinki Qarabağ ərazisindəki Fərrux yaylasının bu istiqamətini nəzarətdə saxlamaqda davam edir, həm də Pirlər, Sərdarkənd və Xanabad istiqamətlərində irəliləyir.  Eləcə də Daşbaşıdakı mövqeləri möhkəmləndikcə bu kəndlərin birbaşa görünüşünü təmin etməyə çalışır.  Bu günə qədər traktorlar artıq yüksəkliyə yol açıblar ki, bu da texnikanın hərəkətini və təchizat prosesini təmin edir...
 
Erməni yazar həyəcanla bundan sonra Qarabağdakı separatçıları gözləyən digər təhlükələrdən də bəhs edir. A.Xaçikyan bildirir ki, Azərbaycan ordusu  Ağdam rayonunun separatçı rejimin nəzarətində qalmış "Nor Seysulan" adlanan  Yeni Qaralar kəndi(Sırxavənd inzibati ərazisi) istiqamətində Xaçın körpüsünə doğru irəliləyə bilər.  Və bu halda  Xankəndi-Ağdərə yolun bağlanaraq "Artsax"  iki yerə bölünsə,  ciddi təhlükə yaranacaq"...
 
Sonda A.Xaçikyan iki həftə öncə Daşbaşı yüksəkliyində çəkdirdiyi fotosunu təqdim edərək hazırda həmin yerdə Azərbaycan ordusunun dayandığını etiraf edir...