Shafaqadogru.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Habertürk” telekanalına müsahibəsində deyib.
"ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa, İsrail - bunların hamısı təhlükəsizlik zəmanətlərinin siyahısını müzakirə etməyə hazırdır", - Zelenski bildirib.
Ukrayna lideri vurğulayıb ki, bəzi ölkələr Ukraynanı tam dəstəkləməyə hazırdır, bəziləri isə bunu etməyəcək, ona görə də məsləhətçilər səviyyəsində görüş və potensial sənədin bəndlərinin müzakirəsi zəruridir.