Şəfəqə Doğru » Gündəm » Şəmkirin gənc başçısı qocaların YOLUNU GEDİR... - Dövlət əmlakı rəsmən talan edilir

Şəmkirin gənc başçısı qocaların YOLUNU GEDİR... - Dövlət əmlakı rəsmən talan edilir

Şəmkirin gənc başçısı qocaların YOLUNU GEDİR... - Dövlət əmlakı rəsmən talan edilir
"Rəşad Tağıyev Şəmkirdə həyatının ən biabırçı dövrlərini yaşayır. Belə ki, gənc oğlan artıq 1 ilə yaxındır Şəmkir kimi siyasi ağır rayona rəhbərlik etməsinə baxmayaraq, özündə olan komplekslərini ata bilmir. Böyük auditoriya qarşısında çıxış edərkən rabitəsiz qurduğu cümlələr, sahibkarlarla görüş adı ilə özünü fotosessiya etdirməsi, ancaq özünün parıltılı şəkillərini paylaşdırması insanlarda ikrah hissi oyadır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Problemlər məngənəsində boğulan Şəmkirin kənd təsərrüfatı, insanların həyat və məişət şəraiti ağırlaşdığını görə bilməyən Rəşad Tağıyevin başı qarışıb ətrafında topladığı kadrlara şərait yaratmağa. Bu arada məlumat üçün deyək ki, özünə aid Facebook səhifəsini də İcra Hakimiyyətinin vətəndaşlarla iş şöbəsinin müdiri, özünü mətbuat katibi və media nümayəndələri ilə işin təşkilatçısı kimi təqdim edilən Elgün Seyidova həvalə edib. Bu barədə başqa yazımızda ətraflı yazacağıq. Niyə icra başçısı şəxsi səhifəsini işçisinə həvalə etsin ki ? Ona daxil olmuş müraciətləri niyə başqa adam görməlidir ki ? Suallara cavab verəcəyik...

Şəmkirdə xidməti avtomobillər şousu

Şəmkir rayonu həm əhali həm ərazi baxımından böyük rayon olduğu üçün, dövlət büdcəsindən külli miqdarda vəsaitin ayrılmasını müşahidə edirik. Bundan istifadə edərək, Rəşad Tağıyev tabeçiliyində ona "sədaqətli" olan kadrları maşınla mükafatlandırır. Şəmkir rayon İcra Hakimiyyəti başçısının xidməti avtomobili, qiyməti 100 min manatdan artıq olan Toyota Land Cruiser markalı maşındır. 1 ci müavin Süleyman Zeynallı 57-AA-002 nömrəli, 2006-cı ilin köhnə, ciddi təmirə ehtiyacı olan, istismar müddəti başa çatmış BMW markalı maşında gəzir. Nazirlər Kabinetinin avtonəqliyyat vasitələrinin istismarı haqqında qaydalarında göstərilir ki, xidməti avtomobillər yalnız rayon icra hakimiyyətinin başçılarına, 1 ci müavinlərinə və müavinlərinə təhkim olunur. Lakin Şəmkirdə icra hakimiyyətinin balansında olan maşınlar kimə gəldi "peşkar" olunur. Belə ki, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri, adı rüşvət və korrupsiyada hallanan, Alimpaşa Məmmədovun pulyığanı kimi tanınan Rasim Mustafayev 57-AA-003 nömrəli Chevrolet Niva markalı maşında gəzir. Başçının humanitar məsələlər üzrə müavini Aynur Abdullayeva 57-AA-004 nömrəli avtomobilini sırf öz ailə ehtiyaclarını ödəmək üçün istifadə edir. Mövzumuz getdikcə dərinləşir. Başçının bütün gün kabinetdə oturan köməkçisi, Alimpaşa Məmmədovun qara kassası Mahir Əliyevə 57-AA-005 nömrəli yeni Xəzər avtomobili təhkim edilib. Ən maraqlı məqam isə, Başçının sürücüsü, ancaq öz şəxsi ailəsi üçün istifadə məqsədi ilə sürülən 57-AA-006 nömrəli başqa bir Xəzər avtonəqliyyat vasitəsi ilə təmin olunub. Xatırladaq ki, bir müddət əvvəl geniş yazımız getmişdir ki, İcra Hakimiyyətinin şöbə müdiri Elgün Seyidov 57-AA-181 nömrəli avtomobillə ağır yol nəqliyyat hadisəsi törətmişdir. Yazımızdan 3 gün sonra həmin maşın çox bərbad vəziyyətdə təmir olunaraq, insanların gözü qarşısına çıxarıldı ki, belə hadisə olmayıb təəssüratını yaratsınlar.

Digər maraqlı məqam İcra Hakimiyyətinə, yəni dövlətə məxsus avtonəqliyyat vasitələrinin digər dövlət qurumlarına təhkim olunmasıdır. Belə ki, Rəşad Tağıyev Bakıdan özü ilə gətirdiyi, rayonda fəaliyyəti ilə qalmaqal yaratmaqla məşğul olan Alışan Yusifova icra hakimiyyətinə məxsus 57-AA-459 nömrəli yeni Xəzər markalı maşını təhkim edib. İcra Hakimiyyətinə məxsus 57-AA-122 nömrəli avtonəqliyyat vasitəsi rayon Təhsil Şöbəsinin qalmqallı müdiri Qüdrət Əliyevin sərəncamındadır. Halbuki Qüdrət Əliyev öz MMC-nin balansında olan şəxsi 57-AA-010 markalı maşında gəzir. İcra Hakimiyyətinə məxsus digər 57-AA-212 nömrəli Chevrolet Niva şəhər icra nümayəndəsi Pərviz İbrahimovun ixtiyarındadır. Sual olunur, bu maşınların yanacaq, təmir təminatı hansı pullar hesabına həyata keçirilir ? Xatırladaq ki, bu yaxınlarda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayon Olimpiya İdman Kompleksinin bəzi avadanlıqlarını öz şəxsi maraqları üçün istifadə etdiyinə görə ölkə rəhbəri tərəfindən sərt cəzalandırılmışdır. Ümid edirik ki, bununla bağlı Prezident Administrasiyası tərəfindən sərt mövqe sərgilənəcək və bu dövlət əmlaklarını talama işləri dayandırılacaq. Qeyd olunan bütün avtonəqliyyat vasitələrinin sürücüləri hansı ştatlardadır ? Bununla bağlı araşdırmalarımız davam edir".

İddia olunanlarla bağlı Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Shafaqadogru.com teref.az-a isdinadən bilfdirir.