Şəfəqə Doğru » Gündəm » Ukraynadan Azərbaycana qaçan miqrantlara güzəştlər olacaq

Ukraynadan Azərbaycana qaçan miqrantlara güzəştlər olacaq

Ukraynadan Azərbaycana qaçan miqrantlara güzəştlər olacaq

"Hazırda ölkədə Ukraynadan olan 8200-dən artıq şəxs yaşayır. Amma Ukraynadan olan qanunsuz miqrantların sayı ilə bağlı heç nə deyə bilmərəm".

Shafaqadogru.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, bu şəxslər hazırda qanunsuz miqrant sayılmır: "Çünki onlar mövcud vəziyyətlə bağlı öz ölkələrinə qayıda bilmirlərsə, onlara fərqli yanaşmaq lazımdır. Ukraynadan olan qanunsuz miqrantların sayı çox azdır. Ukraynadan olan miqrantlara güzəştlər tətbiq ediləcək".